Ailənə zaman ayır

Günümüzün hərəkətli həyat tempində valideynlər bir çox şeyə vaxt ayırmaqda çətinlik çəkirlər. Ancaq ailə vəhdətini dəstəkləməyin ailənin hamısının ruh sağlamlığını müsbət istiqamətdə təsir göstərəcəyi düşündükdə gündəlik qaça-qaç içində ilk öncə ailənin bir arada olmasına diqqət yetirmək lazım olduğu açıqdır. Ailəyə vaxt ayırmaq planlaşdırma, fədakarlıq və əzmkarlıq tələb edən bir işdir.
Bunu təmin etmək üçün bunlar təklif edilə bilər:
Gün ərzində gördüyünüz bütün işləri düşünərək nə kimi işlərə üstünlük verdiyinizi tapmağa çalışın. Məsələn, bir gün ərzində gördüyünüz bütün fəaliyyətləri saat saat yazmağı sınaqdan keçirə bilərsiniz.
Siyahınızda ailənizə nə qədər vaxt ayırdığınıza diqqət edin. Etməniz lazım olan şey, siyahınızdakı prioritetləri dəyişdirməkdir.
Davamı →

Xəyanətdən sonra evliliyi necə xilas etməli?

Aldatmaq tərəfdaşınıza, sevgilinizə etmiş olduğunuz ən böyük xəyanətdir. Xüsusilə altında cinsi məzmun olan bu fakt günümüzdə insanların “heç vaxt bağışlamayacam” düşüncəsinə səbəb olur. Təqdim etdiyimiz məlumatlar sayəsində uzun bir cəhddən sonra özünüzü tərəfdaşınıza bağışlatdıra bilərsiniz.

Aldatma sonrasında bəzi cütlükər ayrılmayaraq ailələrini müxtəlif səbəblərdən davam etdirir. Bu hadisə sonra cütlər arasında müxtəlif dəyişikliklər görünür. Xüsusilə aldadılan şəxs, tərəfdaşına qarşı qərəzli davranır və ona artıq güvənmir. Lakin günümüzdə bəzi cütlər, aldatma sonrasında ailələrini təkrar xilas etmək üçün səy sərf edir.
Davamı →

Həyat yoldaşınızla belə dil tapın

Bütün evliliklərin ilk illərində tərəflərin bir-birinə münasibəti adətən çox yaxşı olur. Bir müddət sonra isə bəzən ilişkilərin səviyyəsində geriləmə hiss olunur. Bir növ tərəflər üçün hər şey adiləşir. Belə vəziyyətdə isə cütlüklər arasında mübahisələr qaçılmaz olur. Bəs görəsən, həyat yoldaşınızla problemlərinizi necə həll edə bilərsiniz?

Fərqli yönlərinizi qəbul edin
Ortaq nöqtələriniz nə qədər çox olsa da, fərqli yönləriniz də yox deyil. Fərqli olan bəzi xasiyyətlərinizi dəyişmək mümkün olsa da, bunu heç də bütün xasiyyətlərinizə aid etmək olmaz. Yəni xarakterin tamamən dəyişməsini gözləmək sadəlöhvlükdən başqa bir şey deyil. Bu səbəbdən həyat yoldaşınızı olduğu kimi qəbul etmək və münasibətlərə bu çərçivədə davam etmək lazımdır.
Davamı →

Qayınananız sizi sevmirsə, belə edin

Sevgilinizin, nişanlınızın və ya həyat yoldaşınızın anası sizi sevmirsə, nə etməlisiniz?
Atalar qızlarının sevgilisinə qarşı sərt mövqe nümayiş etdirdikləri kimi, analar da oğullarının sevgilisi, nişanlısı və həyat yoldaşına qarşı eyni cür davranırlar. Oğulları üçün ən yaxşısını istəyirlər. Bəs bu vəziyyətdə qızlar necə davranmalıdırlar?

Bəzi analar açıq fikirli olduğu halda, bəziləri oğlunun sevdiyi xanımda ilk olaraq pis xüsusiyyətləri görür. Əgər sevdiyiniz kişinin anasının sizi sevmədiyini müəyyən etsəniz, bunun fərqinə varmamış kimi davranın. Onun səbəbləri çox ola bilər. Hətta bu səbəblərin sizinlə əlaqəsi olmaya bilər.
Davamı →

Evliliyə zərbə vuran xətalar

Hazırda bütün dünyada, eləcə də Azərbaycanda boşanan ailələrin sayı olduqca artıb. Hətta elə olur ki, evlənən cütlüklər bir neçə aydan, hətta həftədən sonra boşanma ilə bağlı qərar verirlər.
Evlilik zamanı cütlüklər arasında yaranan hər hansısa anlaşılmazlıq sonda boşanma kimi böyük problemə gətirib çıxarır.

— Həyat yoldaşını mütəmadi olaraq başqaları ilə müqayisə etmək

— Daim özünü yox, həyat yoldaşını günahlandırmaq

— Başqalarının yanında həyat yoldaşını təhqir etmək

— Sevgisini bəlli edə bilməmək

— Lazımlı, lazımsız daim danışmaq

— Ünsiyyət yetərsizliyi
Davamı →

Övladlarla necə davranmalı?

Övladınızla münasibətiniz necədir? Anlaya biləcəyi hər mövzuda fikrini öyrənib, onun da fikrinə dəyər verdiyinizi hissetdirirsinizmi? Yoxsa “çünki mən belə istəyirəm, mən sənin ananam”, “bunu eləmək məcburiyyətindəsən” kimi cümlələrdən istifadə edirsiniz? Ya da uşağınızı məyus etmək istəmədiyiniz üçün hər istəyinə icazə verirsiz? Bu davranış formalarına əsasən mütəxəssislər 4 fərqli ana modeli olduğunu söyləyir:

1. Demokratik analar / səmimi, ancaq sərt
“Çünki mən elə dedim”, “mən elə istədim” yerinə, uşağınızı dinləyir, onu anlamağa çalışır və fikirlərinə dəyər verirsinizsə;
Övladınızın inkişafı üçün müxtəlif fəaliyyətlər həyata keçirir və televizor və ya komputer qarşısında keçirdiyi müddət kimi bəzi hərəkətlərini məhdudlaşdırırısınızsa; 
Evin qayda-qanunlarına nəyə görə əməl etməsi, qoyduğunuz qaydaların nə işə yaradığını ona başa salıb, onunla ortaq bir yol tapmağa çalışırsınızsa, lakin qaydalara əməl etmədiyində ona cəza deyil, xəbərdarlıq edirdinizsə;
Davamı →

Aliment necə ödənilməlidir?

Günümüzdə boşanma hadisəsindən sonra alimentlə bağlı mübahisələr geniş yayılıb. Tərəflər alimentin məbləği ilə bağlı razılığa gəlmir, məhkəmə çəkişmələri başlayır. Digər bir problem isə aliment verməkdən imtina edən tərəfin gəlirlərinin gizlədilməsi, rəsmi qaydada təsdiqlənməməsidir.

Alimentlə bağlı mübahisələrə görə, cinayət hadisələri də qaçılmazdır. Elə dünən bir kişinin keçmiş həyat yoldaşını qətlə yetirməsinin səbəbi də aliment probleminə söykənir. Qeyd edək ki, Cəlilov İsrail İsmayıl oğlu həyat yoldaşı 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızı ilə hadisədən bir neçə ay əvvəl boşanıb. İ.Cəlilov aliment ödəmədiyi üçün A.Cəlilova keçmiş həyat yoldaşından hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan əsəbiləşən İ.Cəlilov keçmiş həyat yoldaşının yaşadığı ata evinə gələrək A.Cəlilovanın boğaz nahiyəsini bıçaqla kəsib. A.Cəlilova çoxlu qan itirərək dünyasını dəyişib. İ.Cəlilov Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Davamı →

Övlad valideyninə əl qaldırarsa...

Təbii ki, hər birimizin düzgün şəxsiyyət kimi formalaşmasında ailənin rolu əvəzsizdir. Ailə ən vacib sosial mühitdir. Bizim ətraf mühitlə də ilk tanışlığımız məhz ailədən başlayır. Buna görə də ailənin uşaq tərbiyəsində təsiredici rolu danılmazdır. Ailə tərbiyənin əsasıdır, mənbədir, kökdür. Məhz, niyə tərbiyədə ailənin rolu bu qədər önəmlidir? Mənim məqaləmin başlığı belədir: ”Övlad valideyninə əl qaldırarsa...”

Bir neçə ay bundan qabaq belə bir situasiya ilə qarşılaşdım. Marketdə alış-veriş edən bir ana və övladı. Uşağın 10-12 yaşı olardı. Oğlan uşağı idi. Təkidlə bəyəndiyi oyuncağın alınmasını istəyirdi. Ana isə kənardan heç də xoş görünməyən bir tərzdə rədd cavabı verirdi. Qəflətən hər kəsin içində uşaq hoppanaraq anasının başına yumruq vurdu. Anası ona eyni “cavab”ı verdi. Onlar bu vəziyyətdə də heçnə almayaraq marketdən çıxdılar və hər kəsin reaksiyası artıq məlumdur.

İnsan toplusu içərində olsun və ya olmasın bu cür vəziyyətin yaşanması sadəcə dəhşətdir.Belə halın yaşanması təsadüfü deyil. Əslində, bunun kökündə müxtəlif səbəblər dayanır. Görünür, bu ailənin özülündə pərpası lazım olan ciddi çatlar var. Uşağın gözü qarşısında atanın anaya qarşı şiddəti, ər-arvad münasibətlərinin düzgün qurulmaması,ən əsası övlad-valideyn münasibətlərinin düzgün tənzim olunmaması,ailəyə kənar şəxslərin müdaxiləsi, ailədə bütövlüyün olmaması və s. bu kimi hallar sonda belə bir nəticənin yaranmasına səbəb olur.
Davamı →

Evliliyinizi xilas edəcək 10 vərdiş

Psixiatr və şəxslərarası münasibətlər sahəsində beynəlxalq ekspert, xoşbəxt yaşamağın sirləri haqda bir neçə bestsellerin müəllifi  Doktor Mark Goulston — cütlüklərə ömürlərinin sonunadək sevgini qoruyub saxlamağa imkan yaradan 10 vərdişi işləyib hazırlamışdır. Bunlar münasibətlərindən razı olan insanların gündəlik davranışlarıdır:

1. Onlar eyni vaxtda yatmağa gedirlər
Xoşbəxt cütlüklər yataq otağına müxtəlif vaxtlarda getməkdən özlərin saxlayırlar. Onlar hətta müxtəlif vaxtlarda oyanmalı olsalar da, eyni vaxtda yatırlar.

2. Onlar ortaq maraqları inkişaf etdirirlər
İlkin ehtiras itəndə insanlar başa düşürlər ki, birlikdə özlərin yaxşı hiss etmək üçün ortaq maraqlar olmalıdır. Birlikdə keçirilən vaxtı göz ardı etmək lazım deyil. Əgər ortaq maraqlarınız yoxdursa, onlarə tapıb inkişaf etdirmək lazımdır. Məsələn, cümə günləri boulinqə getmək və ya şənbə günü üzgüçülüklə məşğul olmaq və s.

3. Onlar gəzərkən əl-ələ tuturlar
Özümüz özümüzə nə qədər ağıllı, proqressiv və yetkin görünsək də, toxunuşların əhəmiyyəti hələ itməyib. Əgər küçədə ələ-ələ tutaraq gəzməyin nə olduğunu unutmusunuzsa, tezliklə boşanmanın nə olduğunu bilmək ehtimalınız böyükdür.


Ardı →

Üzr istəməkdən çəkinməyin!

Ən yaxşı tərbiyə örnək ola bilməkdir. Bir şeyi yüz dəfə deməkdənsə, bir dəfə yaşayaraq göstərmək daha təsirli və inandırıcı olur.

Ailədə uşaqlar böyüyür, onların tərbiyəsi valideynlərin ən böyük qayğısıdır. Təbii ki, bütün valideynlər öz övladlarının gözəl tərbiyə ilə sağlam yetişməsini arzu edirlər. “Gözəl tərbiyə” dedikdə, əlbəttə, ilk növbədə adamın ağlına ədalətli olmaq, haqqın tərəfində durmaq, başqalarına qarşı səmimi, təvazökar davranmaq, insanlara xeyir verməyə çalışmaq, zülmə boyun əyməmək… kimi keyfiyyətlər gəlir.

Bu saydıqlarımın içərisində ədalət və təvazökarlıq, heç şübhəsiz, çox mühüm yer tutur. Əslinə qalanda əksər müsbət keyfiyyətlər eyni ağacın budaqları kimi bir-birinə bağlıdır.

Biz insanıq və xətalardan, günahlardan sığortalanmamışıq. Bilərək və ya bilməyərək xətalar edirik. Xətamızı anlayan kimi onu düzəltməyə çalışmalıyıq. Bizim üçün ən doğru yol, ən xeyirli seçim də budur.


Ardı →